Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2194024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a bildirilib ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,942.0050(7.5%) manat və 9,945.0811 (7.01%) manat olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,160,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,945.0000 (7.11%) manat və orta ölçülmüş qiyməti 9,945.0202 (7.11%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 24.01.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az