Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 79,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, dekabrın 21-də hərracda tələb 89,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Fuad Mədətov
Fins.az