BİRJA

21 Dekabr

Asiya fond bazarları Wall Street-in enişini izləyir

İnvestorların ABŞ-dan ümumi daxili məhsul və inflyasiya məlumatlarını gözlədiyi bir gecədə Wall Street-in enişindən sonra Asiya-Sakit Okean bazarları cümə axşamı günü düşdü.

Fins.az xəbər verir ki, İqtisadçılar üçüncü rübdə ABŞ iqtisadiyyatının illik bazda 5,2%, Fərdi İstehlak Xərcləri qiymət indeksinin isə eyni dövrdə 2,3% artacağını gözləyirlər.

Asiyadakı investorlar cümə axşamı İndoneziya Mərkəzi Bankının qərarını, eləcə də Cənubi Koreyadan istehsalçı qiymətlərini qiymətləndirəcəklər.

Avstraliyanın SP/ASX 200 indeksi doqquz seansda səkkizinci gün yüksəlişini qeyd etdikdən sonra çərşənbə günü 0,40 faiz itirdi.

Yaponiyada Nikkei 225 1,50 faiz, Topix isə 1,01 faiz ucuzlaşıb.

Cənubi Koreyanın Kospi indeksi də 0,69 faiz, kiçik ölçülü Kosdaq isə 0,35 faiz itirərək üç günlük qələbə seriyasına son qoyub.

Honq Konqun Hang Seng indeksi 0,98 faiz azalıb, Çinin CSI 300 indeksi isə cüzi yüksəlib.

Günel Məlikzadə
Fins.az