BİRJA

19 Dekabr

AMB: Valyuta hərracında tələb təmin edildi - 19.12.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 76,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, dekabrın 14-də hərracda tələb 70,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az