BİRJA

19 Dekabr

Wall Street istiqraz gəlirlərində fərqli proqnozlar

FED-in gələn il faiz dərəcəsinin median 75 baza bəndi azalacağına dair gözləntiləri nəhəng bankların gələn il istiqraz faizlərinin gedişi ilə bağlı çox fərqli proqnozlar vermələrinə səbəb olub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, analitik hesabatlardan topladığı məlumatlara görə, strateqlərin ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyinə dair median gözləntiləri gələn ilin sonu üçün 3,98 faiz səviyyəsindədir. Bu, bazar ertəsi 3.93 faizlik bağlanışdan çox da uzaq olmasa da, FED-in ritorika dəyişikliyindən əvvəl 4.20 faiz gözləntisindən və 2023-cü ildə 5 faizdən yuxarı olan zirvədən əhəmiyyətli fərqi göstərir. Üstəlik, Wall Street-də bəzi banklar gəlirlilikdə kəskin azalma gözləyir, digərləri isə artım gözləntilərini saxlayır.

TD Securities-ə görə, 10 illik gəlirlərin bir illik üfüqdə 3 faizə qədər azalması mümkündür. Spektrin digər tərəfində isə Barclays sözügedən gəlirin 4,35 faizə yüksələcəyini gözləyir. Bank of America 4,25 faiz gözləntisini saxlasa da, bankın strateqləri FED-in yeni mövqeyi fonunda onların proqnozları üçün aşağı yönlü risklərin artdığını etiraf edirlər.

Gələn ilin 10 illik gəlirləri üçün Goldman Sachs 4 faiz, Morgan Stanley 3,95 faiz, JPMorgan isə 3,65 faiz proqnozlaşdırıb. Təxminən 9 milyard dollar dəyərində bir istiqraz fondunu idarə edən Sit Investment Associates Fondu meneceri Bryce Doty-nin sözlərinə görə, proqnozlardakı bu cür fərqlilik FED-in güvercin dönüşünün mühüm dönüş nöqtəsi olduğunu göstərir.

Günel Məlikzadə
Fins.az