BİRJA

14 Dekabr

Maliyyə Nazirliyinin 728  gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

19 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

BFB-dan Fins.az-a verilən məlumata görə, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0201040323

Emissiya həcmi

100 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

728  gün

Faiz ödənişləri (olduqda)

18 iyun 2024-cü il,17 dekabr 2024-cü il

17 iyun 2025-ci il, 16 dekabr 2025-ci il

Faiz gəliri

5,75%

Ödəmə tarixi

                           16.12.2025

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Tel: (99412) 4989820; email: [email protected] ; //www.bfb.az;

Ünvan: Həsən bəy Zərdabi küçəsi 2A, Bakı, Azərbaycan, AZ 1141

Günel Məlikzadə
Fins.az