BİRJA

14 Dekabr

Mərkəzi Bankın 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2191024705 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən xəbərə görə, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,816.7539(8.00%) manat və  9,828.0100 (7.5%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

36,770,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,816.7539(8%) , orta ölçülmüş qiyməti isə 9,819.5828 (7.87%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 07.03.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az