Dekabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 1.40% – 37,090.24 bəndədək, SP 500 indeksi 1.37% – 4,707.09 bəndədək, Nasdaq indeksi isə 1,38% – 14,733.96 bəndədək artıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında dekabrın 13-də Fransanın FTSE 100 indeksi 0,08% – 7,548.44 bəndədək artıb, CAC-40 indeksi 0,16% – 7,531.22 bəndədək, Almaniyanın DAX indeksi isə 0.15% – 16,766.05 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,21% artaraq 1.0897 dollar təşkil edib.
Günel Məlikzadə
Fins.az