BİRJA

12 Dekabr

ABŞ istiqrazlarına təlabat azalıb

ABŞ-ın 10 illik dövlət istiqrazının hərracındakı gəlirlilik, hərracdan əvvəl bazardakı gəlirdən 1 bənd yuxarı idi. Bu, investorların tenderdə nəzərdə tutulandan daha yüksək tələbin olacağını proqnozlaşdırdığını göstərirdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, yenə dünən keçirilən 3 illik istiqraz hərracında gəlir, hərrac öncəsi bazar gəlirini 2 bənd üstələyib. Hərraclarda 10 illik 37 milyard dollarlıq istiqrazın gəlirliliyi 4,296 faiz, 3 illik 50 milyard dollarlıq istiqrazın gəlirliliyi isə 4,490 faiz səviyyəsində qiymətləndirilib.

Hər iki hərracdan sonra bazar gəlirləri yüksəldi və cümə günü açıqlanan güclü noyabr məşğulluq hesabatının səbəb olduğu satış dalğası davam etdi. 10 illik ABŞ istiqrazının gəlirliliyi 6 baz bəndinə qədər yüksələrək bir müddət 4,29 faizə çatdı, lakin sonra itkilərin bir hissəsini geri verdi və günü təxminən 1 əsas bəndlik artımla 4,2333 faizlə tamamladı. 3 illik ABŞ istiqrazının gəlirliliyi bir müddət 6 baza bəndi yüksəlsə də, günü 4,4569 faizlə bağladı.

Günel Məlikzadə
Fins.az