Qlobal fond bazarları ABŞ-da açıqlanacaq istehlakçı inflyasiya məlumatları və həftə ərzində izləniləcək faiz qərarları öncəsi yüksəlir.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, həftənin ilk əməliyyat gününü 0,4 faiz artımla tamamlayan SP 500 indeksi fyuçerslərdə yüksəlişini davam etdirir.
Reuters agentliyinin Sədr Si Jinping və digər yüksək səviyyəli liderlərin Çinin 2024-cü il üçün böyümə hədəfini və planlarını müzakirə etmək üçün illik Mərkəzi İqtisadi İş Konfransına başladığını bildirməsindən sonra bütün gözlər gələn il nə qədər stimul ola biləcəyinə yönəlib.
Asiyada, Çinin sabit qalan CSI 300 göstəricisi istisna olmaqla, indekslər müsbət zonadadır.
Bazar ertəsi günü 0,15 faiz bahalaşan Bloomberg Dollar İndeksi bu səhər 0,12 faiz azalaraq 1242-yə düşüb.
Günel Məlikzadə
Fins.az