BİRJA

08 Dekabr

Qlobal bazarlarda bütün diqqətlər ABŞ-ın məşğulluq məlumatlarına yönəlib

Süni intellekt şirkətlərinin rəhbərlik etdiyi ABŞ fond bazarlarının yüksəlişindən sonra Yapon yeninin təsiri Asiya Sakit Okean regionunda müşahidə olunur. Google-un yeni süni intellekt modeli Gemini təqdim etdikdən Alphabet səhmləri 5 faizdən çox dəyər qazandıqdan sonra Nasdaq 100 cümə axşamı günü 1,4 faiz artımla bağlanıb. Amerika fond fyuçersləri sabit olaraq qalır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Yapon yeninin bahalaşması ixracatçı şirkətlərin səhmlərinin kəskin azalmasına səbəb olur. Nikkei 225 Asiya Sakit Okean hövzəsində mənfi istiqamətdə dəyişdi. Hong Kong Hang Seng və materik Çin indeksləri mülayim qazanc əldə edib.

Bloomberg Dollar İndeksi məşğulluq məlumatlarından əvvəl 0,1% itki ilə 1,239 bal səviyyəsindədir.

ABŞ-ın 10 illik istiqrazlarının faizi iki baza bəndi artaraq 4,16 faizə çatıb.

Neft 2018-ci ildən bəri ən uzun həftəlik eniş seriyasına hazırlaşır, çünki OPEC+ tədarükünün azaldılması qərarı qiymət enişini dayandıra bilmədi.

Günel Məlikzadə
Fins.az