BİRJA

07 Dekabr

JPMorgan CEO-dan radikal kripto şərhi: "Bağlansın"

JPMorgan CEO-su Jamie Dimon ABŞ Senatının Bank Komitəsinə verdiyi açıqlama ilə kriptovalyuta əleyhinə ritorikasını davam etdirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Dimon "Hökumətdə olsaydım, kriptovalyutaları bağlayardım" dedi.

Dimon əvvəllər rəqəmsal valyutalara qarşı “Ponzi sxemi” və “fırıldaqçılıq” ifadələrindən istifadə etmişdi.

ABŞ-da ticarət platforması FTX-in dağılmasından sonra kriptovalyutalar tənzimləyicilərin və siyasətçilərin nəzarəti altında idi.

Bank sektorunu tənqid etməsi ilə tanınan demokrat senator Elizabeth Uarren, Dimonu açıqlaması ilə dəstəklədi: "Mən adətən çox milyardlıq bankların baş direktorları ilə razı deyiləm, lakin bu, milli təhlükəsizlik məsələsidir".

JPMorgan baş direktoru kriptovalyuta sənayesini sərt ifadələrlə tənqid etsə də, bank ödəniş sistemlərində blokçeyn texnologiyasından istifadə edən layihələr həyata keçirir. Bank bu məqsədlə verdiyi tokenlə gündə 1 milyard dollar məbləğində ödənişlər köçürür.

Günel Məlikzadə
Fins.az