Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2188024700 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,619.3311 (8.48%) manat və 9,657.4813 (7.6%) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği
28,450,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,648.7843(7.8%) manat və orta ölçülmüş qiyməti isə 9,652.0663(7.72%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 22.05.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az