Asiya fond indeksləri ABŞ-da məşğulluq bazarının tədricən soyuduğunu göstərən məlumatların FED-in gələn il faiz dərəcələrini aşağı salacağı ilə bağlı gözləntiləri dəstəkləməsinin ardından yüksəlib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ-da SP 500 indeksi çox dəyişmədən çərşənbə axşamı tamamladıqdan sonra ABŞ və Avropa fyuçers indeksləri bu səhər dəyər qazanır.
ABŞ-ın 10 illik istiqrazlarının faizi çərşənbə axşamı günü 9 bəndlik azalmanın ardından bu səhər 3 bənd artaraq 4,19%-ə çatıb. Çərşənbə axşamı günü 0,23% artan Bloomberg Dollar İndeksi yeni ticarət günündə sabitdir.
Günel Məlikzadə
Fins.az