BİRJA

06 Dekabr

Neft daha da ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 0,01% azalaraq 1 barelə görə 77,19 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,07 % azalaraq 72,27 dollar olub.

Günel Məlikzadə
Fins.az