Britaniyanın maliyyə naziri Ceremi Hant ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasının təxminən 5 illik qeyri-sabitlik dövrünə səbəb olduğunu bildirib.
Fins.az xəbər verir ki, Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Ceremi Hant Londonda “Resolution Foundation” beyin mərkəzinin təşkil etdiyi “Resessiyaya son: Britaniya üçün yeni iqtisadi strategiya” konfransında çıxış edib.
Brexit-in İngiltərədə təxminən 5 ildir siyasi qeyri-sabitlik dövrünə səbəb olduğunu və bu müddətdə özəl sektor investisiyalarının sıxışdırıldığını qeyd edən Hunt “Bizim Brexit-imiz vardı. Bu, parlamentin fəaliyyətini dayandırmasına səbəb olub. Bu, siyasi baxımdan inanılmaz dərəcədə çətin bir dövrə gətirib çıxardı" dedi.
Hunt İngiltərədəki xalqın Aİ-dən çıxmağa qərar verməsinə baxmayaraq, bu ayrılığın necə olacağı ilə bağlı ölkə parlamentində konsensusun əldə olunmadığını, keçmiş baş nazir Tereza Meyin hökumətinin devrilməsindən sonra epidemiya ilə üzləşdiyini bildirib.
Günel Məlikzadə
Fins.az