BİRJA

05 Dekabr

AMB: Valyuta hərracında tələb təmin edildi - 05.12.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda 95,1 tələb mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, noyabrın 30-da hərracda tələb 77,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Günel Məlikzadə
​Fins.az