BİRJA

04 Dekabr

Qlobal bazarlarda ehtiyatlı başlanğıc

FED-in may ayına qədər dörddə bir bəndlik faiz endirimi və 2024-cü ilin dekabr ayına qədər tam faiz bəndi qiymətindən sonra cümə günü yüksələn səhmlər və istiqrazlar, yeni həftənin ilk ticarət günündə qazanclarının bir hissəsini geri verir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 13 baz bənd azalma ilə bağlayan ABŞ 10 illik istiqraz faizi bu səhər beş bəndlik artımla 4,251 faizdən ticarət olunur. SP 500 və Nasdaq 100 cümə günü 0,5 faizdən çox artımla bağladı. Hər iki indeksin fyuçersləri itkilərlə üzləşir.

Zərərlər Asiya Sakit Okean Birjalarında da özünü göstərir.

Dollar inkişaf etmiş ölkələrin valyutaları qarşısında bir qədər bərpa olunur. Ötən həftəni 0,4% azalışla bağlayan Bloomberg Dollar İndeksi yeni həftəyə 0,1% artımla 1,235-dən başlayır. Neft qiymətləri OPEC+ tədarükünün azaldılmasının bazarı tarazlaşdırmayacağına inamla düşməyə davam edir. Son 6 həftədir ucuzlaşan Brent markalı neft 0,4 faiz ucuzlaşaraq 78,5 dollar olub.

Günel Məlikzadə
Fins.az