BİRJA

29 Noyabr

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2186024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,938.1625(8%) manat və 9,942.7738 (7.4%) manat olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38,090,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,938.3162 (7.98%) manat və orta ölçülmüş qiyməti 9,939.2529 (7.86%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 27.12.2023-cü ildir.

Günel Məlikzadə
Fins.az