BİRJA

29 Noyabr

FED mesajları qlobal bazarlarda da təsirli olub

FED üzvlərinin açıqlamaları dekabr ayında faiz artımının olmayacağı ilə bağlı gözləntiləri dəstəkləyib, dollar və ABŞ istiqrazlarının faizləri aşağı düşüb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, FED üzvlərinin açıqlamalarından sonra ABŞ istiqrazları noyabr ayı yüksəlişini davam etdirərkən, dollar son 4 ayın ən aşağı səviyyəsinə enib.

Bloomberg Dollar İndeksi avqust ayından bu yana ən aşağı səviyyə olan 1230 səviyyəsində ticarət edilib.

2 illik ABŞ istiqrazlarının faizi çərşənbə axşamı günü 15 bənd düşərək 4,7342 faizlə bağlandıqdan sonra bu səhər 4,70 faizə düşüb. Həftənin əvvəlindən bu yana 5 illik ABŞ istiqrazlarının faizindəki eniş 24 baz bəndinə yaxınlaşarkən, 10 illik ABŞ istiqrazlarının faizi ay ərzində təxminən 17 baz bənd azalıb.

FED-in gözləntiləri qızılın unsiya qiymətini son 6 ayın ən yüksək səviyyəsinə çatdırıb. Noyabrın 30-da keçirilməsi planlaşdırılan OPEC+ toplantısı ilə bağlı narahatlıq və FED-in təsiri səbəbindən neft də gücünü qoruyub. Çərşənbə axşamı günü 2,13 faiz bahalaşan Brent markalı neftin barrel qiyməti 82 dollardan bir qədər aşağı satıldığı halda, WTI markalı neftin barel qiyməti 77 dollardan bir qədər aşağıdır.

SP 500 fyuçersləri yüksəlişdədir.

Günel Məlikzadə
Fins.az