BİRJA

27 Noyabr

Data təqvimi qlobal bazarların diqqət mərkəzində

Qlobal bazarlarda diqqət bu həftə açıqlanacaq kritik məlumatlara yönəlib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu səhər qlobal fond bazarları həftə ərzində açıqlanacaq kritik məlumatlardan əvvəl keçən həftə qazanclarının bir hissəsini geri verdi.

Bu həftə ABŞ-da artım və şəxsi istehlak, Avrozona inflyasiyası və Çin PMI məlumatları xaricdə açıqlanacaq.

Keçən həftə ərzində 1% yüksələn SP 500 indeksi 4-cü həftədə də davamlı yüksəlişini davam etdirdi. Cümə günü VIX dəyişkənlik indeksi də 2020-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb. Wall Street indeksləri yeni həftənin ilk fyuçers əməliyyatlarında ucuzlaşıb.

Asiyada fond indeksləri də mənfidir.

ABŞ-ın 10 illik istiqrazlarının faizi keçən həftəni 3 bənd artımla tamamladıqdan sonra bu səhər 3 bənd artaraq 4,4959 faizə çatıb. 2 illik ABŞ istiqrazlarının gəlirliliyi də həftəlik 6 bəndlik yüksəlişin ardından 2 baza bəndi artaraq 4,9699 faiz təşkil edib. Keçən həftənin hamısını 0,5% azalma ilə başa vuran Bloomberg Dollar İndeksi 1239-da sabit qalıb.

Günel Məlikzadə
Fins.az