Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 8 700 min barel artaraq, 448 054 min barel təşkil edib.
Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 160 min barel artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları artıq beşinci həftədir ki, artmaqdadır.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Fuad Mədətov
Fins.az