ABŞ Ədliyyə Nazirliyi fırıldaqçılara aid olduğu təsbit edilən təxminən 9 milyon dollarlıq kriptovalyuta Tether-in ələ keçirildiyini açıqlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada ələ keçirilən aktivin “donuz kəsimi” kimi tanınan saxta kripto ticarət platformaları yaradaraq 70-dən çox insanın aldadılması ilə əlaqəli olduğu bildirilib.
Təqribən 9 milyon dollar dəyərində ABŞ dollarına bağlanmış kriptovalyuta olan Tether-in ələ keçirildiyi qeyd edilib.
Maraqlıdır ki, ABŞ Ədliyyə Nazirliyinin məsələ ilə bağlı açıqlaması Tether-in insan alveri ilə bağlı 225 milyon dollarlıq aktivlərini dondurduğunu açıqlamasından sonra gəlib.
Kriptovalyuta ekosisteminin ən böyük şirkətlərindən biri olan Tether-dən dünən edilən açıqlamada, araşdırma çərçivəsində ABŞ Ədliyyə Nazirliyi ilə əməkdaşlıq etdiyi və insan alveri ilə əlaqəli təxminən 225 milyon dollar dəyərində kripto pul olduğu bildirildi. Cənub-Şərqi Asiyada təşkilat donduruldu.
Günel Məlikzadə
Fins.az