BİRJA

22 Noyabr

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2184024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 9,648.7843 (7.8%) manat və 9,657.4813 (7.6%) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

28,440,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,653.1308 (7.7%), orta ölçülmüş qiyməti 9,654.5667 (7.67%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 08.05.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az