T. Rowe Price və Fidelity International da daxil olmaqla bəzi yüksək profilli investorların fikrincə, dolların rallisinin sonunu söyləmək hələ tez ola bilər.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, T. Rowe Price-a görə, FED-in gələn il faiz dərəcələrini aşağı salacağı ilə bağlı gözləntilər şişirdilmişdir və ABŞ-da artım və digər əsas iqtisadiyyatlara nisbətən daha yüksək faiz dərəcələri dolları dəstəkləməyə davam edəcək.
Qurumun Kapital Bazarları Strateqi Tim Murray, “Fed-in 2024-cü ildə faiz dərəcələrini endirəcəyini gözləmirəm. Bu, dolların “əhəmiyyətli eniş” yaşaması üçün baş verməlidir”, - deyə o bildirib.
Fidelity International həmçinin hesab edir ki, ABŞ-ın uzunmüddətli yüksək faiz dərəcələri iqtisadiyyatı ABŞ valyutasına fayda verəcək tənəzzülə sürükləmək riski daşıyır.
Günel Məlikzadə
Fins.az