BİRJA

15 Noyabr

Növbəti hərracda 10 nəqliyyat vasitəsi satılıb

Noyabrın 14-də keçirilən hərraca çıxarılan əmlaklara 61 sifariş qəbul edilib. Hərrac rəqabətli keçib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Fins.az-a verilən məlumata görə, növbəti hərrac keçirilib. Rəqabətli keçən hərracda Rusiya istehsalı olan 10 nəqliyyat vasitəsi satılıb.

Özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı  və yekun satış qiyməti ilə //clck.ru/36c5uP linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Günel Məlikzadə
Fins.az