BİRJA

15 Noyabr

Asiya fond bazarları yüksəlir

Asiya-Sakit Okean bazarları çərşənbə günü ABŞ-da zəif inflyasiya məlumatlarının FED-in faiz artımı dövrünün sonuna yaxınlaşdığına dair ümidləri artırmasından sonra yüksəldi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iqtisadçıların aylıq 0,1 faiz artım gözləntilərinə baxmayaraq, ABŞ-da CPI oktyabr ayında sabit qalıb.

Çərşənbə günü açıqlanan məlumatlar, qlobal tələbin yavaşlaması və daxili inflyasiyanın artması səbəbindən Yaponiya iqtisadiyyatının dörd rüb ərzində ilk dəfə üçüncü rübdə daraldığını göstərdi. İqtisadçıların 0,6 faiz azalma proqnozuna baxmayaraq, Yaponiyanın müvəqqəti ümumi daxili məhsulu üçüncü rübdə bir il əvvəllə müqayisədə 2,1 faiz azalıb.

İnvestorlar həmçinin çərşənbə günü Çindən gələn məlumatları izləyəcəklər.

Geosiyasi cəbhədə ABŞ prezidenti Co Bayden və Çin prezidenti Şi Cinping-in təxminən bir ildən sonra ilk dəfə San-Fransiskoda üz-üzə görüşəcəyi gözlənilir.

Yaponiyada Nikkei 225 1,86 faiz, Topix isə 0,85 faiz artaraq təxminən iki ayın ən yüksək səviyyəsinə çatıb.

Cənubi Koreyalı Kospi 2,10 faiz artımla, Kosdaq isə 1,95 faiz artımla liderlik edib.

Honq Konqun Hang Seng indeksi 2,64 faiz artımla açılarkən, Çinin CSI 300 indeksi 0,88 faiz yüksəlib.

Avstraliyada SP/ASX 200 1,66 faiz artaraq səkkiz həftənin ən yüksək səviyyəsinə çatıb.

Günel Məlikzadə
Fins.az