15, 16 noyabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
BFB-dan Fins.az-a verilən məlumata görə, notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Notun müddəti (gün) |
ISIN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nomi nal |
Miqdar |
Notun ödəniş tarixi |
168 |
AZ2182024706 |
15.11.2023 |
20.000.000 |
10.000 |
2.000 |
01.05.2024 |
252 |
AZ2183024705 |
16.11.2023 |
20.000.000 |
10.000 |
2.000 |
25.07.2024 |
Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Günel Məlikzadə
Fins.az