Wall Street indeksləri texnologiya nəhəngi şirkətin səhmlərindəki mitinqin dəstəyi ilə cümə günü yüksəldi və SP 500 1,56 faiz, Nasdaq 100 isə 2,25 faizlə bağlandı.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, indekslər noyabr mitinqlərini davam etdirərkən, SP 500 7 həftənin ən yüksək səviyyəsinə çataraq 100 günlük hərəkətli ortalamanın üzərinə qalxdı ki, bu da texniki analizlərə görə yüksəlişin davam edəcəyinə işarə olaraq görülür.
Nasdaq 100 may ayından bəri ən güclü yüksəlişini etdi, çünki Microsoft Corp rekord qırdı və Nvidia Corp yüksəlişini 8-ci sessiyaya qədər davam etdirdi.
Həftənin yeni ticarət günündə bu həftə açıqlanacaq ABŞ CPI məlumatlarının narahatlığı bazarlarda hiss olunur. ABŞ fyuçers indeksləri ilk hərraclarda mənfidir. Asiyada proqnoz mənfidir. Ötən həftə bütünlükdə 0,76% yüksələn Bloomberg Dollar İndeksi yataydır.
Günel Məlikzadə
Fins.az