BİRJA

13 Noyabr

BFB-nın səhm bazar kapitalizasiyası 5,000,904,144 manat təşkil edib - CƏDVƏL

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 19,452,794,779 manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% böyümə qeydə alınıb.

BFB-dan Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 21%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 18% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 195% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfəyə yaxın artım qeydə alınıb.

2023-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,000,904,144 manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 22%  böyümə qeydə alınıb.

BFB-nin ticarət dövriyyəsinin cədvəli:

  • * ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • ** Tircarət günlərinin sayı –200 gün  

      
Günel Məlikzadə
​Fins.az​