BİRJA

07 Noyabr

Avropada qaz ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 501 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Fins.az xəbər verir ki, 6 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 501,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (531,7 dollar) ilə müqayisədə 5,7% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Fuad Mədətov
Fins.az