BİRJA

03 Noyabr

Asiya-Sakit Okean bazarları həftənin son günündə yüksəlib

Çin və Hindistan da daxil olmaqla böyük iqtisadiyyatların xidmət satınalma menecerləri indeksi məlumatları gün ərzində açıqlanacaq.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, SP Global-ın sorğusuna əsasən, Honq-Konqun özəl sektorunun fəaliyyəti oktyabr ayında materik Çin də daxil olmaqla yeni biznesin azalması davam etdiyi üçün daha da daralıb.

Açılışda Honq Konqun Hang Seng indeksi 1,26%, Çinin CSI 300 indeksi isə  0,3% artıb.

Cənubi Koreyanın Kospi indeksi 1 faiz, Kosdaq isə 0,66 faiz artıb. Avstraliyada SP/ASX 200 təxminən 1,18 faiz bahalaşıb.

Yaponiya bazarları isə bayram münasibətilə bağlanıb.

Günel Məlikzadə
Fins.az