BİRJA

01 Noyabr

Yaponiyadan yen müdaxiləsi siqnalı

Yaponiyanın xarici valyuta üzrə bir nömrəli rəsmisi Masato Kanda yenin qəfil ucuzlaşmasından sonra müdaxilə siqnalı kimi qəbul edilən açıqlamalar verib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən maliyyə nazirinin müavini Kanda valyuta bazarına müdaxilə etməyə və ya başqa tədbirlər görməyə hazırsınızmı sualına “Gözləyirik” cavabını verib.

"Biz valyutaların birtərəfli, qəfil hərəkətlərindən çox narahatıq və həddindən artıq valyuta hərəkətlərinə qarşı bütün mövcud variantlardan düzgün istifadə etmək niyyətindəyik. Bununla belə, nə edəcəyimizi və bunu nə vaxt edəcəyimizi deyə bilmərəm", - Kanda bildirib.

Kanda həmçinin əlavə edib ki, spekulyativ hərəkətlər yəqin ki, yendəki son hərəkətlərin arxasında duran ən böyük səbəbdir.

Siyasət faizini dəyişməyərək 0,1 faiz səviyyəsində saxlayan Yaponiya Bankı (BOJ) uzunmüddətli gəlirlərin daha yüksək səviyyələrə yüksəlməsinə imkan verəcək addımlar atıb. Çərşənbə axşamı verdiyi açıqlamada, BOJ 10 illik istiqraz gəlirliliyinə nəzarətdə daha çevik bir yanaşmanın qəbul ediləcəyini və 1 faizin istinad nöqtəsi olaraq alınacağını bildirib.

Qərardan sonra yen avro qarşısında 15 illik minimumunu sınayıb.

Günel Məlikzadə
​Fins.az