BİRJA

30 Oktyabr

Bazarda uran ehtiyatlarına maraq artır

Hedc fond menecerləri əhəmiyyətli qiymət artımı gözlədikləri uran ehtiyatlarında mövqelərini artırmağa başlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Terra Capital, Segra Capital və Anaconda Invest, Energy Fuels Inc., Ur-Energy Inc kimi əsas hedcinq fondları və NexGen Energy Ltd. kimi uran şirkətlərinə sərmayə qoyan fondlar arasında önə çıxıb.

Sidneydə yerləşən Terra Capital-da 110 milyon dollarlıq əmtəə fondunu idarə edən Metyu Lenqsford Bloomberg-ə verdiyi qiymətləndirmədə uran qiymətləri ilə bağlı proqnozların bu sahədəki şirkətlərin səhmlərində 50-100 faiz dramatik artıma səbəb ola biləcəyini və ya hətta bu dərəcələri üstələyir.

Fukusima şokunun bir çox ölkələrin nüvə enerjisindən asılılıqlarını yenidən nəzərdən keçirməsinə səbəb olmasından on ildən çox müddət sonra, nüvə enerjisi aşağı karbonlu gələcəyə keçidin əsas elementi kimi yenidən ortaya çıxıb. Bu vəziyyət uranın qiymətinin yüksəlməsinə səbəb olub. 2020-ci ilin sonundan etibarən qiymətlər 125 faiz artıb.

 

Günel Məlikzadə
Fins.az