BİRJA

30 Oktyabr

"Equinor" "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini açıqlayıb

Fins.az xəbər verir ki, Norveçin "Equinor" şirkətinin Xəzər dənizinin Azərbaycan şelfində "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda orta gündəlik hasilatı 2023-cü ilin üçüncü rübündə 2022-ci ilin 3-cü rübündəki 29 min 500 barrel neft ekvivalenti ilə müqayisədə 25 min 700 barrel neft ekvivalenti olub.

Beləliklə, şirkətin hasilatı illik hesablamada 12,9 faiz azalıb.

"Equinor"un AÇG-dən hasilatı əvvəlki rüblə müqayisədə 3 faizdən çox azalıb, belə ki, 2023-cü ilin ikinci rübündə bu göstərici gündəlik 26 min 500 barrel neft ekvivalenti təşkil edib.

Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 9,6 milyard kubmetr qaz hasil olunub.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin analoji dövründə 10 milyard kubmetr qaz hasil olunub, bu isə illik hesablamada 4 faiz azalma deməkdir.

İşlənilməyə başlanıldıqdan 1 oktyabr 2023-cü ilədək yataqlar blokunda ümumi qaz hasilatı 213 milyard kubmetr olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

Murad Abdullayev
Fins.az