Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "BP (BP.L)" və "NewMed" şirkətlərinin də daxil olduğu şirkətlər qrupunun tərkibində İsrailin Leviafan yatağının şimal hissəsində qaz kəşfiyyatı üçün lisenziya əldə edib.
Fins.az bu barədə bazar ertəsi İsrailin Energetika Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin verdiyi məlumata görə, böyük rəqabət və tədarükçülərin diversifikasiyası məqsədilə ölkənin Aralıq dənizi sahilində təbii qazın kəşfiyyatı üçün bütünlükdə altı şirkətə 12 lisenziya verilib.
"Qalib gələn şirkətlər qarşıdakı üç il ərzində təbii qazın kəşfiyyatına misilsiz investisiyalar qoymağı öhdələrinə götürüblər və ümid edirik ki, bu yeni təbii qaz yataqlarının açılmasına səbəb olacaq", - İsrailin energetika naziri İsrael Kats deyib.
Lisenziyanın müddəti irəliləyişdən asılı olaraq yeddi ilədək uzadılma imkanı ilə üç ildir.
Qeyd edək ki, uzun illər ərzində SOCAR-ın nümayəndə heyəti İsrailə səfərlər edib. Bu illər ərzində İsrailin bir sıra nümayəndə heyəti bu sahədə əməkdaşlığı müzakirə etmək məqsədilə Azərbaycana səfərlər edib.
SOCAR bir neçə il əvvəl İsraildə enerji resurslarının kəşfiyyatında iştirak edib, lakin kəşfiyyat müvəffəqiyyətli olmayıb.
Murad Abdullayev
Fins.az