Dünən itki ilə bağlanan ABŞ səhmlərinin fyuçersləri canlanmaya işarə edib. Nasdaq 100 fyuçersləri 0,8 faiz bahalaşıb. Korreksiya zonasına yaxın olan SP 500 fyuçersləri də 0,5 faizlik bərpaya işarə edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki. risk iştahı Asiyaya da yayılıb. Demək olar ki, bütün əsas indekslərdə alış müşahidə olunub, Yaponiyanın Topix və Honq Konqun Hang Seng indeksləri 1 faiz artıb.
Güclü istiqraz hərracları səbəbindən dünən düşən ABŞ gəlirləri bu gün səhər stabil olub. ABŞ-ın 10 illik gəliri 4,85 faiz səviyyəsindədir. Bloomberg Dollar İndeksi 0,1 faiz azalaraq 1275 bənd təşkil edib.
Dollar/TL səhər saatlarında 28,20-dən ticarət olunub. İranın ABŞ-a xəbərdarlığından sonra neftin qiyməti qalxıb. Brent neft müqaviləsi 1,4 faiz artımla 89,1 dollardan alıcı tapır. Spot qızıl da 0,2 faiz bahalaşaraq 1989 dollar olub.
Günel Məlikzadə
Fins.az