BİRJA

25 Oktyabr

Qlobal bazarlarda risk iştahı artır

Çinin artan maliyyə stimulları Asiya bazarlarına müsbət təsir göstərib. Honq-Konqun Hang Seng Texnologiya İndeksi 5 faizlə avqust ayından bəri ən sürətli gündəlik artımı qeyd edib. Hang Seng 1 faiz, Çinin CSI 100 indeksi 0,5 faiz, Yaponiyanın Topix indeksi isə 1 faiz bahalaşsa da, MSCI Asia Pacific son həftənin ən sürətli yüksəlişinə doğru irəliləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Microsoft və Google balans hesabatlarının investorlara təqdim etdiyi qarışıq mənzərədən sonra Nasdaq 100 fyuçersləri 0,5 faiz itirib.

Risk iştahı artdıqca ABŞ istiqrazlarının gəlirləri azalır. İki illik gəlirlilik beş baza bəndi azalaraq 5,06 faiz təşkil edib.

Bloomberg Dollar İndeksi 1271 bənd səviyyəsində sabitdir. Dollar/TL Səhər saat 28.12-də ticarət edilib. Neft qiymətləri üfüqi tendensiyaya malik olsa da, Brent markalı neftin aktiv müqavilə barel qiyməti 88 dollar səviyyəsindədir.

Qızılın unsiyası spot bazarda 0,1 faiz artımla 1973 dollara dəyişir.

Günel Məlikzadə
Fins.az