Dünən istiqraz faizlərindəki kəskin dalğalanmadan sonra bu gün istiqraz bazarı sakitliyini qoruyur.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, son illərdə istiqraz bazarları ilə bağlı bədbin proqnozları ilə tanınan məşhur investorlar Ackman və Gross-un şərhlərindən sonra ABŞ-ın 10 illik istiqrazlarının faizi bu səhər bir qədər azalaraq 4,84 faiz səviyyəsindədir.
Dünən ABŞ istiqrazlarının faizlərinin azalması ilə dollar da ucuzlaşıb. Bloomberg Dollar İndeksi dünən 0,4 faiz itkisinin ardından bu səhər 0,4 faiz azalıb. Dollar/ TL səhər saatlarında 28.0852-də ticarət edilir.
Asiya Sakit Okean birjası Çinin rəhbərliyi altında bərpa olunmağa çalışır. Shanghai Composite, Çin sərvət fondunun səhm ETF-lərini alması xəbərindən sonra 0,4 faiz yüksəlib. Yaponiyanın Topix birjası 0,4 faiz, Honq Konqun Hang Seng isə 0,7 faiz ucuzlaşıb.
Günel Məlikzadə
Fins.az