BİRJA

24 Oktyabr

Bitcoin 2022-ci ildən bəri ilk dəfə 35.000 dolları ötüb

"Bitcoin" təsdiqini gözləyən ETF-lərin əlavə tələb yaradacağı gözləntiləri ilə 2022-ci ildən bəri ilk dəfə 35.000 dolları ötüb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ən böyük kriptovalyuta çərşənbə axşamı 11,5 faiz bahalaşıb. CET 07:45-də gündəlik 8,9 faiz artım yaşayan "bitcoin" 34 334 dollardan alıcı tapıb.

Blackrock və Fidelity kimi nəhəng fondlar da daxil olmaqla qurumlar "Bitcoin" əsaslı ETF fondlarının təsdiqi üçün ABŞ-ın kapital bazarlarını tənzimləyən SEC agentliyinə müraciət ediblər. Bu ETF-lərin yaxın həftələrdə təsdiqlənəcəyinə dair spekulyasiyalar "Bitcoin" qiymətlərini yüksəldib.

Günel Məlikzadə
Fins.az