BİRJA

23 Oktyabr

London Metal Birjasında misin qiyməti aşağı düşüb

Mis qiymətləri noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, London Metal Birjasında qiymətlər 1,2 faiz azalaraq 7586 dollar/ton olub.

Qlobal istehsal sektorunda zəiflik, artan borc faizləri və xərclərin azalması ilə bağlı narahatlıqların sənayeyə mənfi təsir göstərəcəyi gözlənilir. Bu təsirlərə əlavə olaraq, təklifin tələbi üstələdiyini göstərən mis ehtiyatlarının artması son aylardakı qiymətlərin azalmasında təsirli olub. Çinin daşınmaz əmlak sektorundakı gərginlik mis bazarı üçün də təhlükə yaradır.

Makroiqtisadi səviyyədə faiz dərəcələrinin artması və dolların bahalaşması əksər alıcılar üçün xammal qiymətlərini bahalaşdırır.

Digər tərəfdən, Yaxın Şərqdəki gərginlik qiymətlərə təzyiq göstərir.

Günel Məlikzadə
Fins.az