BİRJA

20 Oktyabr

Qlobal bazarlarda Yaxın Şərq gərginliyi davam edir

Yaxın Şərqdəki gərginlik qlobal bazarlara təsir etməyə davam edərkən; TÜİK saat 08:03-də səhmlərdə azalma, qızıl və neftdə artım var.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, MSCI Asiya Sakit Okean İndeksi son iki ayda ən böyük həftəlik enişinə doğru gedir. Siyasətçilər öz maliyyə sisteminə rekord miqdarda qısamüddətli nağd pul vurduqları üçün Çin səhmləri əvvəlki itkiləri azaldıb.

Çin CSI 300 0,22 faiz azalıb. Yaponiya və Honq-Konq birjalarında da cüzi azalma müşahidə olunur. Dünən  0,9% civarında itki ilə bağlanan "Wall Street" indeksləri fyuçers əməliyyatlarında itirməyə davam edir.

FED sədri Pauellin çıxışından sonra 2 illik ABŞ istiqrazlarının faizləri azalarkən, 10 illik ABŞ istiqrazlarının faizi də bir qədər azalsa da, kritik 5 faiz səviyyəsinə yaxındır.

Günel Məlikzadə
Fins.az