BİRJA

20 Oktyabr

SEC Ripple Labs rəhbərlərinə qarşı ittihamları geri götürüb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Ripple Labs-ın qiymətli kağızlar qanununu pozduğu iddiası ilə açdığı iddiada şirkətin 2 idarəçisinə qarşı ittihamlarını geri götürüb.

SEC-in Nyu-York Cənub Bölgəsi Məhkəməsinin hakimi Analisa Torresə göndərdiyi ərizədə Ripple Labs-ın baş direktoru Brad Garlinghouse və Ripple Labs-ın həmtəsisçisi Chris Larsenin kriptovalyuta XRP-nin satışına köməklik göstərdiyinə dair iddiaların geri götürüldüyü bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, SEC 2020-ci ilin dekabrında XRP-nin arxasında duran şirkət olan Ripple Labs və onun rəhbərlərinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkəti və onun iki menecerini 2012-ci ildə istifadəyə verilmiş XRP-ni sataraq 1,3 milyard dollar dəyərində qeydiyyatdan keçməmiş qiymətli kağız təklifi həyata keçirməkdə ittiham edib.

Ripple, transsərhəd ödənişləri asanlaşdırmaq üçün hazırlanmış bir token olan XRP-nin qiymətli kağız olmadığını müdafiə edib.

İyul ayında SEC-in kriptovalyuta XRP üçün açdığı iddia Ripple-ın xeyrinə başa çatıb.

Günel Məlikzadə
Fins.az