BİRJA

17 Oktyabr

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

18,19 oktyabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Fins.az xəbər verir ki, notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Notun müddəti (gün)

 

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nomi nal

 

Miqdar

Notun ödəniş  tarixi

28

AZ2174024706

18.10.2023

10.000.000

10.000

1.000

15.11.2023

84

AZ2175024705

19.10.2023

20.000.000

10.000

2.000

11.01.2024

168

AZ2176024704

18.10.2023

20.000.000

10.000

2.000

03.04.2024

252

AZ2177024703

19.10.2023

20.000.000

10.000

2.000

27.06.2024

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.