BİRJA

17 Oktyabr

Qlobal bazarlarda diplomatiyaya ümid artır

Qlobal Fond Birjaları bu səhər diplomatik təşəbbüslərin Yaxın Şərqdə münaqişəni dayandıra biləcəyi ümidi ilə yüksəlib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, dünən 1%-dən çox artımla tamamlayan "Wall Street" indeksləri, yeni ticarət günündə fyuçerslərdə bir qədər mənfidir. Asiya fond bazarları isə yüksəlişdədir.

Diplomatik təşəbbüslər riskli aktivlərə doğru meyli dəstəkləsə də, qızıl ardıcıl ikinci gündür ki, ucuzlaşıb. Dollar İndeksi dünən 0,4 faiz ucuzlaşdıqdan sonra yeni ticarət gününə düz daxil olub.

Xatırladaq ki, oktyabrın 7-dən İsraillə Həmas arasında davam edən qarşıdurmalarda indiyədək ən azı 1400 israilli və 2700-dən çox qəzzalı həyatını itirib.

Günel Məlikzadə
Fins.az