BİRJA

16 Oktyabr

Bakı Fond Birjasında “Emitent Günü” tədbiri baş tutacaq

26 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasınını təşkilatçılığı ilə sayca 3-cü olan “Emitent Günü” tədbiri baş tutacaq.

Fins.az xəbər verir ki, “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “AzFinance İnvestisiya Şirkəti” QSC iştirak edəcəyi görüşdə emitent olaraq “Finca Azərbaycan” QBKT MMC çıxış edəcək.

Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan “Finca Azərbaycan” QBKT MMC bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşəcək. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandıracaq.

Tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak edəcək. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçiriləcək.

Tədbir birjanın inzibati binasında təşkil olunacaq.

Məhəbbət Məmmədov
Fins.az