BİRJA

16 Oktyabr

Qlobal bazarlarda diplomatiyaya ümid

İsrail şimal sərhədində Hizbullahla münaqişəyə başlayarkən ABŞ dövlət katibi Blinken növbəti dəfə ölkəyə səfər edir. ABŞ Qətər və Çinlə təmasda olarkən diplomatik addımlardakı dinamizm keçən həftə təhlükəsiz limanlara üz tutan investorları az da olsa sakitləşdirib.
Həftənin ilk ticarət günündə diplomatik təmasların Yaxın Şərqdə münaqişələrin daha da artmasının qarşısını ala biləcəyinə ümidlər bazarlara təsir edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Fyuçerslərdə Wall Street indeksləri yüksəlir. Cümə günü SP 500 indeksi 0,50 faiz, Nasdaq 100 isə 1,24 faiz ucuzlaşıb.

13 oktyabr bağlanan satışların nəticələri Asiya Birjalarında da müşahidə olunub. Çinin CSI 300 indeksi bu həftə ölkədə açıqlanacaq artım məlumatlarından əvvəl və Çin Xalq Bankı tərəfindən kütləvi likvidlik enjeksiyonuna baxmayaraq mənfidir.

10 illik ABŞ istiqrazlarının gəlirliliyi keçən həftə 19 baza bəndi azaldıqdan sonra bu səhər bir nöqtədə 5 baza bəndi yüksəlib.

Günel Məlikzadə
Fins.az