BİRJA

13 Oktyabr

İnternational BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Dünən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” BOKT ASC-nin istiqrazları ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Fins.az xəbər verir ki, 18 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “İnternational” BOKT ASC-nin ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. 

Günel Məlikzadə
Fins.az