BİRJA

12 Oktyabr

Kredaqro BOKT MMC-nin  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat olan AZ2005009165 dövlət qeydiyyat nömrəli, 500,000 manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Fins.az xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 14 % , faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Hərrac qiyməti 100 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Günel Məlikzadə
Fins.az