Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2171024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Fins.az xəbər verir ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,805.5238 (8.5%) manat və 9,814.5059 (8.1%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60,310,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,812.4834(8.19%) manat, orta ölçülmüş qiyməti isə 9,812.9566 (8.17%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib
Notların ödəmə tarixi 04.01.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az